Bir gecədə 3 mükafat -
    • 23-09-2019, 10:09
    • 781

Bir gecədə 3 mükafat - "Emmy 2019"-a "Çernobıl" DAMĞASI - VİDEO

Ötən gün Los-Ancelesdə 71-ci "Emmy" mükafatları öz sahiblərini tapıb.

News24.az xəbər verir ki, gecədə HBO şirkətinin ərsəyə gətirdiyi 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən faciədən bəhs edən "Çernobıl" serialı 3 mükafata layiq görülüb. 

"Çernobıl" "Ən yaxşı mini-serial", "Ən yaxşı ssenari" və "Ən yaxşı rejissor işi"ndə qalib olub.