"Hər bir sənətçi festivallarda iştirak etməlidir..." -
    • 26-09-2019, 17:43
    • 690

"Hər bir sənətçi festivallarda iştirak etməlidir..." - "Zima" Beynəlxalq Uşaq Festivalı start götürdü - FOTOLAR

Bakida III "Zima" Beynəlxalq Uşaq musiqi festivalı ilə bağlı mətbuat konfransı gerçəkləşib.


News24.az bildirir ki, tədbirdə xalq artisti Aygün Kazımova, əməkdar artist Sevda Ələkbərzadə, müğənni İlqar Xəyal, aparıcı Leyla Quliyeva, təşkilatçılar, layihənin məşğçiləri iştirak ediblər.

Festivalın təşkilatçısı Leyla Zeynalova bildirib ki, "Zima"nı digər musiqi tədbirlərindən fərqləndirən cəhət hər bir iştirakçıya fərdi yanaşma, xüsusi hazırlıq və səhnə mədəniyyətinin mənimsənilməsi üçün pedaqoqların cəlb edilməsidir".

Daha sonra xalq artisti Aygün Kazımova festival haqqında fikirlərini bildirib: "Zima" sizin üçün çox böyük rol oynayacaq. Ümumiyyətlə, düşünürəm ki, bütün sənətçilər festivallarda iştirak etməlidir. Sizin həyəcanlı olmağınızı anlayıram. Festival boyunca hər birinizə dəstək olacayıq. Hər birinizə uğurlar arzulayıram. Qalibiyyət ən bacarıqlının olsun".


Əməkdar artist Sevda Ələkbərzadə iştirakçıları təbrik edib: "Bütün uşaqları təbrik edirik. Burada çox istedadlı gənclər iştirak edir. Onların səsini eşidəndə təəccübləndim. Bu qədər istedadlı gənc necə ola bilər?! İştirakçılara məsləhətim odur ki, müəllimlərini dinləsinlər və məsləhətlərinə əməl etsinlər".


Müğənni İlqar Xəyal deyib ki, istedadlı gənclərə dəstək olmaq lazımdır: "Bəlkə də, burada gələcəyin populyar estrada müğənnisi oturub. İstedadlılara dəstək olmaq lazımdır. Mən gənclər üçün əlimdən gələni edəcəyəm. Qoy, ən yaxşılar qalib gəlsin".


Qeyd edək ki, sözügedən musiqi müsabiqəsində bu il 110 uşaqdan 19-u seçilib. Üçüncü dəfə təşkil olanacaq festivalda Ukrayna, Türkiyə, Gürcüstan və Qazaxstan təmsilçiləri iştirak edəcəklər. Qala gecə isə 14 dekabrda baş tutacaq.

Sevda Bayramova