Filipp Kirkorov Bakıda ilk dəfə
    • 27-09-2019, 13:07
    • 979

Filipp Kirkorov Bakıda ilk dəfə "Əhvalın rəngi"ni açıqlacaq - VİDEO

Oktyabrın 30 və 31-də Rusiya şou-biznesinin kralı, Rusiyanın xalq artisti Filipp Kirkorov Azərbaycan paytaxtı Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək.

News24.az xəbər verir ki, F. Kirkorov Bakı Konqres Mərkəzində bənzərsiz transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 içtirakçı və 3D qrafikalı ekranlarla olan yeni "#ЦветНастроения" (#Əhvalın rəngi) adlı konsert proqramını təqdim edəcək.

Proqramda yeni hitlər, yeni tərzdə köhnə hitlər səslənəcək və genişmiqyaslı parlaq şounun əsas hiti "Цвет настроения синий" ("Əhvalın rəngi göydür") müğənninin konsertə gələn pərəstişkarları üçün əhval-ruhiyyənin əsas zəmanəti olacaq. Əlvan şou, güclü səs və heyrətamiz quruluş ilə möhtəşəm canlı şou – bu, F. Kirkorovun Bakıdaкı konsertinin ən vacib məqamlarıdır.

F. Kirkorovun yeni konsert proqramını görənlərin hamısı onun fantastik olduğunu və rus ifaçılarının heç birinin bundan əvvəl bunu etmədiyini qeyd edib.

Rusiya şou-biznesinin kralı Bakı pərəstişkarları üçün bir çox sürprizlər hazırlayıb, amma onların detalları konsertə yaxın açıqlanacaq. Hələlik isə artist öz pərəstişkarları üçün xüsusi videomüraciət göndərib və hamını öz şousuna dəvət edir.