Rəqsanə qıznın ilk klip təqdimatına “Skype”la qoşuldu, kövrəldi – FOTOLAR – VİDEO

Rəqsanə qıznın ilk klip təqdimatına “Skype”la qoşuldu, kövrəldi – FOTOLAR – VİDEO
ŞOU-BİZNES

05 iyul 2018, 11:26

Mətn ölçüsü

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun ilk klipini təqdim edib. 

Media nümayəndələrini bir araya toplayan ifaçı sözləri Taleh Tənhaya məxsus, prodüserliyini  Dj Roshka və Rusty. G-nin etdiyi “Gözü kor” mahnısını dinləyicilərinin ixtiyarına verib. 

Tədbir jurnalist İsa Şükürovun məkanda olan media nümayəndələri və qonaqları salamlaması ilə başlayıb. Daha sonra isə söz həyəcanlı olan səbəbkara verilib:

“Bu gün yanımda olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Hər kəsin qarşısında baş əyirəm, yaxşı ki, varsınız”. 

Layihənin prodüseri Dj Roshka da yeni işi haqda danışıb:

“İlk növbədə onu demək istəyirəm ki, Aysunun həqiqətən də səsi var. Bu mahnının yazanda bir çox ifaçılar artıq növbədə durmuşdular. Lakin mən bəstəni düzgün ünvana yönəldirəm. Mahnının pulla satmaq üşün hazırlamıram. Aysunu mən özüm seçmişəm”.

Təqdimatın maraqlı məqamlarından biri müğənni Rəqsanə İsmayılovanın təqdimata “Skype” vasitəsilə qoşulması olub. Kövrələn R.İsmayılova qızına xeyir-dua verib:

“Aysuna dəstək olduğunuz üçün çox sağ olun. Hamiləliyimin 5-ci ayında olduğum və həkim də təyyarə ilə səyahətə icazə vermədiyi üçün bu gün təqdimata qatıla bilmədim. Mən onun müğənni olmasını istəmirdim. Bəzən görürəm ki, media Aysunu məndən çox istəyir”.

Teymur Məmmədov
FOTO: Nurlan Gülməmmədov

YouTube