Sevda və Elmira Ələkbərzadələrin atası niyə şərlənərək həbs edilmişdi?
    • 29-09-2019, 16:11
    • 1 055

Sevda və Elmira Ələkbərzadələrin atası niyə şərlənərək həbs edilmişdi?

Məşhur müğənnilər Sevda və Elmira Ələkbərzadə bacılarının atası olan Çingiz Ələkbərzadə Sovet dövründə şərlənərək həbs olunub.

News24.az xəbər verir ki, bu barədə Oxu.Az-a Elmira Ələkbərzadə danışıb.

O, atasının müəyyən dairələrin sifarişi əsasında həbs edildiyini bildirib:

“Atamı Sovet dövründə şərlədilər. Belə ki, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Günün ekranı” redaksiyasında telejurnalist kimi çalışdığı zaman, durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etməsi həbs olunmasına səbəb oldu. 2 il 8 ay günahsız yerə həbs həyatı yaşadı.

Şamaxıdan zəng edib atamdan hansısa kolxoz haqqında çəkiliş etməsini istədilər. Elə Şamaxıya gedəndə yolda dayandıqları restoranda bir neçə nəfər atamın qollarını burub apardılar. Stula asılan pençəyinin ön cibinə salfetə bükülən 400 rubl pul qoyub atamı şərlədilər. Guya atam kimdənsə rüşvət alıb.

Atam şərlənmədən öncə babam Əbülhəsən Ələkbərzadənin çap olunan kitablarından 30 min rubl pul almışdı. 30 min rubl o dövrdə bir evin pulu idi. Bu qədər pulu olan insanın 400 rubla ehtiyacı ola bilərdi? Bu qədər pulun müqabilində atamı 400 rubla görə rüşvətlə şərləyərək həbs etmələri gülünc idi. Bunun sifarişli həbs olduğunu hər kəs bilirdi. İndi azad ölkədə yaşasaq da, o vaxt heç kim öz fikrini deyə bilməzdi".