"Hareket sekiz"də aktyorlarımıza qarşı HÖRMƏTSİZLİK
    • 2-10-2019, 14:24
    • 1 057

"Hareket sekiz"də aktyorlarımıza qarşı HÖRMƏTSİZLİK

Ötən gün Türkiyədə yerli aktyorlarımızın da çəkildiyi "Hareket Sekiz" filminin qala gecəsi baş tutub. Amma, nədənsə sözügedən filmin posterində yerli aktyorlarımızın nəinki şəkli, heç adları da qeyd olunmayıb.

Məsələylə bağlı News24.az-a danışan aktyor İslam Mehrəliyev bildirib ki, posterdə adlarının yazılmamasına səbəb ikinci dərəcəli rollarda çəkilmələridir: "Bizim filmlərimizdə də belə hadisələr baş verir. Biri var baş rol, biri də var ikinci dərəcəli rol. Hər kəsin adı orada qeyd olunmur. Rollarımız böyük deyil. Hətta deyim ki, orada çəkilən bütün türk aktyorların da adları qeyd olunmayıb. Hər kəsin şəkli və adı yazılsa afişada yer qalmaz. Bakıdakı posterdə isə adlarımız yazılıb. O, prodakşınla ikinci işbirliyimizdir. Bizə qarşı nəsə problem olsaydı, hər halda dəvət almazdıq. Aktyor üçün rolun böyüyü, kiçiyi yoxdur. Biz əlimizdən gələni etdik. "Hareket Sekiz" də mən, Elcan Rəsulov, Kəmalə Piriyeva və Pərvin Abıyeva rol alıb. Kəmaləni çox bəyəndilər. Düşünürəm ki, yeni layihələrdə ona daha da iddialı rolları həvalə edəcəklər. Azərbaycandakı qalanın nə vaxt olacağını bilmirəm. Məlumata görə sabah olmalıdır".

Qeyd edək ki, rejissorluğunu Ali Yorgancıoğlunun etdiyi filmdə Ali Sunal, Onur Atilla, Devrim Yakut, Gürgen Öz, Bihter Dinçel, Sarp Bozkurt, Hakan Bilgin, Hande Katipoğlu, Aykut Taşkın kimi aktyorlar rol alıblar.

Sevda Bayramova