"Aysun məndən üzr istədi..." - "Maşın Şou"da qalib gələn NAMİQ FƏRHADOĞLU - VİDEO

"Aysun məndən üzr istədi..." -
ŞOU-BİZNES

03 oktyabr 2019, 12:33

Mətn ölçüsü

"Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətinin ilk səsvermə günündə maraqlı məqamlar yaşanıb.

News24.az xəbər verir ki, kürsüyə ilk çıxan Namiq Fərhadoğlu canlı yayımdan öncə gənc müğənni Aysun İsmayılova ilə söz savaşına çıxıb. "Hər dəfə bir söz deyirsiz. Bundan sonra sizin şəklinizi atacam" - deyə Aysun İsmayılova bildirib.

Namiq Fərhadoğlunun ona cavabı isə daha sərt olub: "Sənin deyəsən getməyin gəlib. Bu gün səni yola salaram".

Amma nədənsə canlı yayım günü hər iki tərəf barışıq elan edib, hətta aşıq söyləyib ki, Aysun ondan üzr istəyib. Nəticədə isə aşıq Namiq Fərhadoğlu səs toplayaraq müğənni Kərim Abasovu şoudan uzaqlaşdırıb.

Sevda Bayramova

YouTube