Xalq artisti maşından ƏLİNİ ÇƏKDİ?
    • 4-10-2019, 11:58
    • 1 042

Xalq artisti maşından ƏLİNİ ÇƏKDİ?

Azad Azərbaycan Televiziyasında yayımlanan "Maşın şou"nun növbəti buraxılışında maraqlı məqamlar baş verib.

News24.az bildirir ki, ötən gün canlı efir zamanı şounun iştirakçılarından olan Xalq artisti Fatma Mahmudova maşından əlini çəkmək istədiyini bildirib. Mahmudova söyləyib ki, əgər iştirakçılar razı olsalar o layihədən gedəcək: "Gənclər bizim gələcəyimizdir. Burada dayanan bütün iştirakçılara hörmət edirəm. Şouya gələndən Ramal ilə ana-bala kimiyik. Əgər gənclər belə həvəslidirlərsə, qalsınlar mən çıxıb gedim".

Sevda Bayramova