"Kişilər bir dəfə ölür, namərdlər isə hər gün..." -YENİLƏNİB
    • 6-10-2019, 00:13
    • 2 075

"Kişilər bir dəfə ölür, namərdlər isə hər gün..." -YENİLƏNİB

"Maşın şou"nun 18-ci buraxılışının dördüncü yuxusuz gecəyə start verilib.
News24.az xəbər verir ki, səs verməyə bu dəfə müğənni Niyam Salami çıxıb. Ona qarşı 6 nəfər səs verib.
Şounun elə ilk dəqiqələrindən Niyam Salami ilə Aqşin Fateh arasında söz savaşı oldu. Meyxanaçı müğənniyə: "Heç olmasa sən kişilikdən danışma..." sözlərini deyib.
Qeyd edək ki, Niyam Salami tamaşaçılar tərəfindən səs toplasa Nazim Pişyarını ya da Aqşin Fatehi şoudan uzaqlaşdıracağını bildirib. Buna səbəb isə hər iki iştirakçının qruplaşma yaradaraq, hər kəsə müdaxilə etməsidir.
Qalmaqal reklam fasiləsində də davam edib. Niyam Salami iddia edir ki, o layihənin qurbanıdır və ona görə də, Aqşinlə Nazimin çıxmağını bütün iştirakçılar istəyir.
Niyam Salami: "Hələ ki, hədəfim Nazimdir. O, Kərimi çıxardıb, o da mənim dostumdur".
Aqşin Fateh Niyam Salaminin hədəfi olmasa da meyxanaçı tamaşaçılardan onun getməyinə səs istəyib.
Səsvermə kürsüsünə çıxan müğənni Niyam Salamiyə 54,18% tamaşaçılardan səs gəldi və o şouda iştirakini təmin etdi. Salami isə layihənin ilk günündən ən güclü rəqiblərindən olan meyxanaçı Aqşin Fatehi şoudan çıxartdı.

Sevda Bayramova