Zümrüd Bədəlova XƏZƏR TV-DƏN UZAQLAŞDIRILIB? - AÇIQLAMA
    • 7-10-2019, 17:03
    • 4 780

Zümrüd Bədəlova XƏZƏR TV-DƏN UZAQLAŞDIRILIB? - AÇIQLAMA

Bir müddət öncə Xəzər Televiziyasının aparıcısı Zümrüd Bədəlova BNA-dən şikayət edib. O, bu barədə "İnstagram"da yazmışdı. Lakin nədənsə bu gün səhər saatlarından bəzi saytlarda aparıcı ilə bağlı xəbərlər yayılıb. Qeyd olunub ki, sözügedən paylaşıma görə aparıcını işdən uzaqlaşdırıblar.

Məsələnin nə dərəcədə düzgün olub, olmamasını öyrənmək üçün aparıcı ilə əlaqə saxladıq. Zümrüd Bədəlova News24.az-a açıqlamasında bu xəbərin düzgün olmadığını deyib: "Yalandır. Öz işimin başındayam. Necə olur ki, məni işdən kənarlaşdırırlar, amma mən canlı efirdə oluram? Yazılanlar çox gülüncdür. Həftə sonunda həmçinin də bu gün canlı efirdəydim".

Sevda Bayramova