Aygün Kazımova və Filipp Kirkorovdan "Jalma" - KLİP
    • 9-10-2019, 09:10
    • 2 205

Aygün Kazımova və Filipp Kirkorovdan "Jalma" - KLİP

İnternetdə Azərbaycan və Rusiya pop musiqisinin iki super ulduzu Aygün Kazımova və Filipp Kirkorovun ötən yayın əsas hitlərindən olan "Jalma" duetinə çəkilən klip təqdim edilib.

News24.az xəbər verir ki, 30 və 31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Rusiya şou-biznesinin kralı Rusiya xalq artisti Filip Kirkorovun yeni solo konsertində Azərbaycanın xalq artisti Aygün Kazımova xüsusi ulduz qonaq olacaq. Konsertdə Kirkorovun hitləri ilə birgə artistlər "Jalma" adlı mahnını birgə ifa edəcəklər.

Xatırladaq ki, ilk dəfə A.Kazımova və F.Kirkorov dueti 13 il əvvəl azərbaycanlı divanın Moskva Kremlində keçirtdiyi 35 yaşına həsr olunmuş konsertində səsləndirilib. Mahnının yeni versiyası "Жара’19" beynəlxalq musiqi festivalında ifa olunubi və oradaca mahnıya klip çəkilib.