USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 22°C
  • ŞUŞA 23°C
  • GƏNCƏ 32°C
  • LƏNKƏRAN 25°C
  • ŞƏKİ 32°C
  • QUBA 19°C
  • NAXÇIVAN 34°C

"Ürəyim geri dönməsini istəyir..." - FAİQ AĞAYEV - VİDEO

ŞOU-BİZNES / Video

Mətn ölçüsü

AzTV-də yayımlanan "Ağ qara" verilişində maraqlı məqamlar yaşanıb.

News24.az bildirir ki, verilişdə qonaq qismində iştirak edən Xalq artisti Faiq Ağayev ayrılıqdan danışıb. Aparıcının "Onun geri dönməyini istəyirsiniz?" sualına "Yox. Bəlkə də istəyirəm. Ürəyim geri dönməsini istəyir, beynim isə deyir yox. Bir dəfə bəsdir" deyə cavab verib.

Xalq artisti açıqlamalarında həmçinin "Həyat irəli gedir, geridə qalanları isə sadəcə olaraq yadda saxlamaq lazımdır. Məni tanıyanlar bilir ki, ayrılıq qərarını çox çətin verirəm. Əgər qərar vermişəmsə vəssalam. Sonrakı peşımançılıq fayda verməz. İnsanlara ikinci şansı vermək olar, amma ayrılıqdan əvvəl. Ayrılığa, sevgiyə çox ciddi qərar verirəm. Ayrılıqlarım o qədər istirablı olur ki, ona gələnə qədər daxili əzab çəkmişəm. İkinci şans vermək olar, amma əgər sən birdəfəlik aranı kəsməmisənsə" sözlərini qeyd edib.

Sevda Bayramova



Video

Xəbəri paylaş:


Oxşar xəbərlər