Türkan rəfiqəsinin QİSASINI ALACAQ?
    • 9-10-2019, 20:14
    • 1 139

Türkan rəfiqəsinin QİSASINI ALACAQ?

Bu gün "Maşın" şouda jurnalistlər qonaq olublar.

News24.az xəbər verir ki, layihənin iştirakçıları şounun ən maraqlı məqamları haqda açıqlamalar verdilər. Onlardan biri də müğənni Türkan Vəlizadə oldu. İfaçı ötən gün layidən ayrılan rəfiqəsi Aysun İsmayılova barəsində danışdı:
"Aysun yaxınımdır, istəməzdim getsin, amma bu şodur. Əslində mən ona dedim ki, hazır deyilsənsə səsverməyə çıxma. Hədəf olaraq da Məcidi seçmə. Çünki iki gün ard-arda o seçilir və bu bir növ təklənmə kimi sayılır. Amma Aysun məni dinləmədi. Haradasa 80% bilirdim ki, Məcidi çıxardacaq, amma əslində qərarının Kəmalə olmasını sonradan öyrəndim. Bu onun seçimi idi. Ümumiyyətlə, hadisələr efirdən öncə baş verir. Ona görə də hər şey efirdə göründüyü kimi deyil. Əgər, onlar danışsalar məndə danışacağam. Çünki buradayamsa sona qədər mübarizəmi aparmalıyam. Səsverməyədə çıxanda rəqibimin adını açıq-aydın səsləndirəcəyəm. Onunla düşmən kimi yox, əsl rəqib kimi oyun aparacağam"

Sevda Bayramova