Brilliant Dadaşovanın "Para-para"sı Türkiyə MEDİASINDA - VİDEO
    • 10-10-2019, 16:04
    • 1 514

Brilliant Dadaşovanın "Para-para"sı Türkiyə MEDİASINDA - VİDEO

Xalq artisti Brilliant Dadaşovanın yeni mahnısının təqdimatı keçirilib.  

News24.az xəbər verir ki, "Para-para" adlanan mahnı Dadaşovanın Türkiyədəki ilk sinqılıdır. "Para-para" elə ilk gündən yerli media ilə yanaşı Türkiyədə də sevildi.

Təqdimat gecəsinə türkiyəli məşhurlar iştirak edib. Bildirilib ki, Brillinat Dadaşova Türkiyə musiqisi üçün özəl səsdir.

Xalq artisti sevincini dilə gətirdi: "Hər kəsə təşəkkürümü bildirirəm. İlk növbədə Ömür Gedik sağ olsun ki, məni Kemal Aslan ilə tanış edib. Bizdə çox az sənətçilər bir-birilərini dəstəkləyir amma buraya hər kəs mənim üçün toplaşıb. Pul dünya malıdır, gəldi-gedəndir. Əsas sevgi, məhəbbətdir. Düşünürəm ki, mahnımda mesaj var".

Qeyd edək ki, mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Xalq artistinin özünə aiddir. 

Sevda Bayramova