Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı:
    • 13-10-2019, 00:21
    • 2 066

Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Uşaqları var, problem istəmirəm"

Tanınmış müğənni Şəbnəm Tovuzlu Hacı Ramazanla evli olması haqda yayılan xəbərdən danışıb.

News24.az xəbər verir ki, müğənni özüylə həmin şəxsin xəbərini göstərərək informasiyanı təkzib edib. 

O həyat yoldaşının kim olduğunu da açıqlayıb: Həmin şəxs mənə yazsın, gəlsin, həyat yoldaşım gəlib özünü göstərəcək ona. Ancaq mən Hacı Ramazanı həqiqətən tanımıram. Bu şəxs Masallıdandır. Gözəl ailəsi var. Mənim ailəmi görmədən bu şəxslə birgə şəklimi yaymağınız mənə pisdir. Söz-söhbətə səbəb ola bilər. Bütün sənət dostlarım mənim həyat yoldaşımı görüb. Bilirlər ki, bu şəxs o şəxs deyil. Uşaqları var. İstəmirəm ki, o şəxsin ailəsində, problem yaransın".