Meyxanaçı Orxan Lökbatanlı "sevgili deyilik" dedi, model acığa şəkilləri paylaşdı

Meyxanaçı Orxan Lökbatanlı "sevgili deyilik" dedi, model acığa şəkilləri paylaşdı
ŞOU-BİZNES

13 oktyabr 2019, 13:49

Mətn ölçüsü

Meyxanaçı Orxan Lökbatanlı ilə sevgili olduğunu deyən model Aysu Bədəlzadə yeni fotolarla gündəmə gəlib.

News24.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı modellə heç bir münasibəti olmadığını desə də, Aysun bunu inkar edən şəkillər yayımlayıb. Modelin İnstaqramda yayımladığı şəkillər qısa vaxtda sosial şəbəkədə yayılıb və müzakirələrə səbəb olub.

Oteldə lentə alınan fotoya Aysu "İtim" şərhini yazıb. O, izləyicilərin ünvanladığı "Orxanı sevirsiz" sualına "Hə, sevirəm" cavabını verib.
Qeyd edək ki, həyat yoldaşı Kəmalə Orxanın onu Aysu ilə aldatdığını söyləyib. O bildirib ki, meyxanaçıdan boşanmaq üçün məhkəməyə müraciət edib. Orxan isə bunları təkzib edərək, Aysu ilə heç bir münasibəti olmadığını iddia edib.