"Onu elə pərt edəcəm ki..." - KƏRİMDƏN NAZİMƏ SƏRT MESAJ - VİDEO
    • 14-10-2019, 18:12
    • 1 090

"Onu elə pərt edəcəm ki..." - KƏRİMDƏN NAZİMƏ SƏRT MESAJ - VİDEO

"14 il qabaq toyda olanda Nazim mənə qarşı hörmətsizlik edib. Təqdiatımdan sonra o, mikrofonu mənə verəcəkdi. Amma Nazim "Eto moya zubnaya şötka" deyib mikrofonu verməkdən yayındı. Mən də məcbur olub toyda "şnurlu" mikrafonla çıxış etdim. Əsəbdən yarım saatlıq toyda cəmi 15 dəqiqə oxudum".

News24.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov Tarix Əliyevin (Tolik) "Youtube" layihəsində söyləyib. O, həmkarı ilə aralarındakı illərlə davam edən, "Maşın şou"da daha da dərinləşən qalmaqaldan söhbət açıb:

"O, məndən inciyib, şouda 5 kişiyə tapşırdı ki, Kərimi birinci gün çıxardaq. Nazimə orda da dedim, indi də söyləyirəm: "Onu yaxınlarda elə pərt edəcəm ki, baxıb güləcəksiniz".  Onun getmək planını mən qurdum. Niyam da dediklərimi etdi, sağ olsun, mən bunu dəyərləndirirəm".

Sevda Bayramova