"Atamla qardaşım məni öldürməyi planlaşdırırdılar" - TANINMIŞ MÜĞƏNNİ - VİDEO

"Atamla qardaşım məni öldürməyi planlaşdırırdılar" - TANINMIŞ MÜĞƏNNİ - VİDEO
ŞOU-BİZNES / Video

14 oktyabr 2019, 18:49

Mətn ölçüsü

Tolikin "Youtube" layihəsinin növbəti qonağı müğənni Kərim Abasov olub.

News24.az bildirir ki, ifaçı keçmiş həyat yoldaşı prodüsser Təranə Səmədova haqqında sərt sözlər deyib:

"Təranənin mənə vurduğu zərbələri heç Allah vurmayıb. Əlimə versələr, Təranəni bir qaşıq suda boğaram. Sevmədən evləndim. Biz 5 il vətəndaş nikahında yaşamışıq. Baxmayaraq ki, bütün yaşananların üstündən 12 il keçib. Onu bağışlaya bilmirəm. Mənə çox haqsızlıqlar edib. Amma heç vaxt Təranənin mənə elədiklərini danışmamışam, danışmaram da, çünki onun da bir qız övladı var. Susmuşam, amma o, hər zaman məni efirlərdə təhqir edib. Təranənin ucbatından qardaşımla rəhmətlik atam məni öldürmək istəyiblər. Onları qınamıram. Çünki çox pis vəziyyətdə idilər. 12 il bundan öncə Təranənin ağzından çıxan bir sözə görə hörmətli bir kişi və bir qardaş utandıqlarından evdən çölə çıxa bilmirdilər. Pilləkənlə evimə çıxanda eşitdim ki, qardaşımla atam üz-üzə oturub məni öldürmək planı cızırlar. Bunu öz qulaqlarımla eşitmişdim. Elə bir vəziyyətdə idim ki, öz canıma qəsd etmək istəyirdim. Onun elədiklərinə görə mən iki ay dəlixanada yatmışam. Elə insana halallıq vermək olarmı? Məni ölümdən qaytaran Səidə Sultan olub. Dəfələrlə çoxlu dərman içib, özümü öldürmək istəmışəm. Səidə gəlib məni məcbur edirdi ki, içdiklərimi qaytarım. Ona görə də, hər zaman Səidənin ətəyindən yapışmışam".

Sevda Bayramova

OK.ru