"Güvəndiyi dağlara qar yağdı" - Tolik DANIŞDI - VIDEO
    • 15-10-2019, 14:17
    • 938

"Güvəndiyi dağlara qar yağdı" - Tolik DANIŞDI - VIDEO

Ötən gün "Maşın" şouda səsvermə kürsüsünə çıxan aparıcı Kəmalə Piriyeva uduzub. 

News24.az xəbər verir ki, nəticələrin elan edilməsindən dərhal sonra final üçlüyü müəyyən olunub. Siyahıda müğənni Ramal İsrafilov və aparıcılar Lalə Mustafayeva və Suna Kasımoğludur.

Gərgin gecə ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar olub. Onlardan birini də prodüser Tolik edib. Tolik Laləyə dəstəyini nümayış etdirib, video paylaşıb: "Bax, bu əsl ədalətli oyun oldu. Murad müəllim göstərdi ki, pul hər şeyi həll etmir. Ədalət öz yerini tutdu. Allah istəməsə kimsə heç nə edə bilməz. Lalə xalqdan səs istədi. Xalq kimin haraya sahib olduğunu göstərdi. Güvəndiyi dağlara qar yağdı. Çox sevindim. Allah bic insanları sevməz, ona buna rişxənd edənləri el içində rəzil edər. Allah kiminsə malına, puluna baxmaz. Kimsə puluna güvənib, başqasına yuxarıdan aşağı baxarsa, Allah da onun cavabını lazımi yerdə verər".

Sevda Bayramova