Məşhur müğənni prezidentdən icazə istədi - VİDEO

Məşhur müğənni prezidentdən icazə istədi - VİDEO
ŞOU-BİZNES / Video

15 oktyabr 2019, 13:58

Mətn ölçüsü

Rusiyanın Əməkdar artisti Nataşa Korolyova "İnstagram" səhifəsində Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edib.

News24.az xəbər verir ki, sənətçi prezidentdən Ukraynaya daxil olmaq üçün icazə istəyib. Ona qoyulan qadağanı müğənni əsassız hesab edir. Korolyova hətta iki il öncə dünyasını dəyişən nənəsinin qəbrini ziyarət edə bilmədiyi üçün təəssüflənir. 

Müraciətini müğənni nənəsinin ölümdən öncə çəkdirdiyi videosu ilə birgə dərc edib. Yaşlı qadın həmin videoda doğma nəvəsinin onun yanına gələ bilmədiyindən gileylənir.

Sevda Bayramova

Instagram