"O ad günümə ən böyük hədiyyədir"- Zülfiyyə Xanbabayeva
    • 16-10-2019, 17:45
    • 2 123

"O ad günümə ən böyük hədiyyədir"- Zülfiyyə Xanbabayeva

Bu gün Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günüdür.

Təmkinli, hər zaman qalmaqallardan uzaq sevimli müğənnimiz bu il ad gününü ailə üzvlərinin, dostlarının, sevdiklərinin əhatəsində qeyd edir.

News24.az-a öz təəssüratlarını bölüşən Xalq artisti saysız-hesabsız təbrik mesajları aldığını və bundan çox qürurlandığını ifadə edib: "Təbriklər çoxdur. Sizin vasitənizlə bütün təbrik edən sevənlərimə təşəkkürümü bildirirəm. Bu gün ovqatım çox əladır. Bütün sevdiklərim əhatəmdədir, bircə Dəniz məktəbdədir, hələ gəlməyib. Qızımın yolunu gözləyirəm. Yəqin ki onun da mənə hədiyyəsi olacaq. Amma inanın ki, ondan hədiyyə gözləmirəm, çünki Dəniz özü mənə dünyanın ən böyük hədiyyəsidir".

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva profesional səhnəyə 1988-ci ildə "Bakı Payızı-88" musabiqəsindən qatılıb. 
2003- cü ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb. 2008-ci il 17 sentyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xalq artisti adına layiq görülüb.

Sevda Bayramova