"Üstümə bıcaq çəkdi..." - Əri döyən azərbaycanlı məşhurdan ŞOK FAKTLAR - VİDEO
    • 21-10-2019, 11:50
    • 727

"Üstümə bıcaq çəkdi..." - Əri döyən azərbaycanlı məşhurdan ŞOK FAKTLAR - VİDEO

Xəzər Televiziyasında yayımlanan "X Maqazin" verilişində "Qadına şiddətə yox" deyək şüarı altında xüsusi süjet hazırlanılıb. 

News24.az bildirir ki, yayımlanan reportajda məşhur xanım simalar yer alıb. Onlar Əməkdar artist Gülüstan Əliyeva, müğənni Rahidə Baxış, rəqqasə Renka, Oksana Rəsulova və aşıq Samirə Əliyevadır. 

Şiddətə məruz qalan tanınmışlardan biri Oksana Rəsulova ilk evliliyindən söhbət açıb: "İlk dəfə günlərlə ağlayırdım, küsürdüm. Sonra qorxu hissi yarandı, ikinci dəfə evdən qaçdım, rəfiqəmin evinə sığındım. Birinci həyat yoldaşımdan belə zərbələr almışam. Bu da bizim boşanma səbəbimiz olub. Ümumiyyətlə, qadına əl qaldıran kişi, ən zəif, ən aciz, özünə güvənməyən kişidir. Mən heç onları kişi də saymıram".

Müğənni Rahidə Baxış da vaxtı ilə həyat yoldaşı tərəfindən döyülüb: "Heç cürə qəbul edə bilmirəm bu addımı. Bir qadına necə əl qaldırmaq olar? Biz də, bunun şahidi olmuşuq. Təəssüflər olsun ki, hələ də bu şiddət var".

Rəqqasə Renka əks cinsin nümayəndələri tərəfindən şiddətə məruz qalıb: "Avtomobilimlə tıxacda duran zaman qarşı tərəfdən şiddətə məruz qaldım. Söyüş söyüb, üstümə bıcaq çıxartdılar. Başımdan zərbə aldım".

Əməkdar artist Gülüstan Əliyeva mövzu barədə danışıb: "Əlbəttə ki, mənim həyatımda da buna oxşar hadisələr baş verib. Məsələn, mənə elə söz deyilə bilər ki, döyülsəm ondan yaxşıdır".

Sevda Bayramova