Pərvinə sevgilisi xəyanət etdi - ÖZÜ DƏ GÖRÜN KİMİNLƏ...
    • 22-10-2019, 17:41
    • 1 497

Pərvinə sevgilisi xəyanət etdi - ÖZÜ DƏ GÖRÜN KİMİNLƏ...

Aktrisa Pərvin Abıyeva gözlənilməz açıqlama verib.

News24.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq qismində iştirak edən Abıyeva söyləyib ki, sevgilisi ona rəfiqəsi ilə xəyanət edib: 
"Mən qəlb sındırmağı sevmirəm. Heç kim deyə bilməz ki, Pərvindən zərbə aldım. Dostluq edəndə hər şeyimi ortaya sərirəm. Sonra onu mənə çevirirlər. Bu yaxınlarda öyrənmişəm ki, ən yaxın rəfiqələrimdən biri mənim sevdiyim adamla otelə gedib. Amma bunu qızın üzünə vurmamışam. Sadəcə, hər yerdə onu "blok"a atdım".

Qeyd edək ki, aktrisa bir neçə gün öncə həyatında sevdiyi şəxsin olduğunu və onunla ailə həyatı quracağını açıqlamışdı.

Sevda Bayramova