"Gənclik səhvim idi..." - TƏRANƏ QUMRALDAN ETİRAF - VİDEO
    • 22-10-2019, 18:46
    • 1 097

"Gənclik səhvim idi..." - TƏRANƏ QUMRALDAN ETİRAF - VİDEO

"Birinci həyat yoldaşım gözəl insan olub. Amma gənclik səhvim idi. Ayrıldıqdan sonra Musa ilə ailə qurdum. Bir dəfə ailəm dağılmışdı deyə, istəmirdim ikinci dəfə də eyni hal yaşansın. ..."

News24.az xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral "Şou Atv" verilişində söyləyib:

"26 il qısqanc həyat yoldaşı ilə addımlamışam. Kim nə deyir desin, biz Musa ilə ayrılmarıq. Canımı qoymuşam ki, Musa içkini tərgitsin. Döymür, amma söyür. Çox söyüşkəndir. Adi əşyanı, yolu söyür. Ona içkini tərgitmək üçün saçımı süpürgə etdim. İçirdi özünə və bizə zərər verirdi, vururdu, dağıdırdı. Onu öyrətdilər, bir ara pis oldu. Sonra ayıldı. Onu heç anası belə mənim qədər tanıya bilməz. Mən onu bağışladım".

Sevda Bayramova