"Oğlumun musiqiyə marağı var, amma..." - Nuri və Jane - FOTOLAR
    • 27-10-2019, 01:09
    • 905

"Oğlumun musiqiyə marağı var, amma..." - Nuri və Jane - FOTOLAR

Bu gün Heydər Əliyev Sarayında müğənnillər Nuri Sərinləndirici və Jane Şırokih "Gözləyirəm" adlı konsert proqramı ilə çıxış ediblər.

News24.az xəbər verir ki, konsert öncəsi jurnalistlərin suallarını cavablandıran cütlük həyəcanlı olduqlarını bildiriblər: "Düşünürük ki, konsertimiz uğurlu keçəcək və hər şey istədiyimiz kimi alınacaq. İzləyicilərin gözlərini görmək üçün səbirsizlənirik. Nə yaxşı ki, bizi sevən, dinləyən, bəyənən insanlar var. Çünki onlar olmasalar biz heç nə edə bilmərik. Bu gün yox, amma sabah xüsusi qonağımız olacaq".
Nuri Azərbaycana olan sevgisindən söhbət açıb: "Mən Moskvada yaşasam da, vətənim Azərbaycandır. Buranı çox sevirəm, çünki doğma yerimdir".

Müğənni həmçinin oğlundan da danışıb: "Oğlumun musiqiyə marağı var, amma böyüyəndə müğənni olacaq, ya yox onu zaman göstərəcək. Peşə seçiminə heç vaxt müdaxilə edib qarışmaram. Hansı vəzifəni bacarıb sevsə, o da olacaq".
Daha sonra möhtəşəm konsertin açılışı baş tutub. Gecənin aparıcılığı isə Nəsib Nura həvalə olunub. "Gözləyirəm" adlanan proqramda cütlüyün hit ifaları, duetləri ilə yanaşı, keçmiş ifalar da səsləndirilib. Nuri Sərinləndirici Tofiq Quliyevin "Badamlı" Jane isə "Qaynana" filmindən olan musiqini ifa ediblər. İfaçıları səhnədə "Nur" orkestri müşayiət edib.
Anşlaqla keçən gecədə müğənnilərin hər bir ifasını dinləyicilər alqışla qarşılayıblar.

Sevda Bayramova

FOTO: Fərid Şabanov