"Fədayənin başı daşa dəydi..."- TACİR ŞAHMALIOĞLU - VİDEO
    • 28-10-2019, 15:47
    • 890

"Fədayənin başı daşa dəydi..."- TACİR ŞAHMALIOĞLU - VİDEO

Xəzər TV-də yayımlanan "Evdəkilərə salam" verilişinin növbəti buraxılışında maraqlı açıqlamalar səsləndirilib.

News24.az bildirir ki, sənətçi Tacir Şahmalıoğlu keçmiş duet ortağı Fədayə Laçından danışıb:

"Fədayə Laçın həbsdən çıxandan sonra gedib görəcəm. Niyə də duetlərimizi davam etdirməyək? Fədayənin başı daşa dəydi, köhnə səhvlərini təkrarlamaz. Onun kimi oxuyan yoxdur. Elə bir məlahətli səsi olanlar azdır. Tamaşaçılar da bizim duet oxumağımıza sevinər".

Qeyd edək ki, Fədayə Laçın sabah azadlığa çıxacaq.

Sevda Bayramova