"İllər öncə Aygün Kazımova..." - FİLİPP KÖHNƏ SİRRLƏRİ AÇDI - VİDEO
    • 29-10-2019, 20:14
    • 1 334

"İllər öncə Aygün Kazımova..." - FİLİPP KÖHNƏ SİRRLƏRİ AÇDI - VİDEO

"Aygün Kazımova əsl dost, musiqidə isə peşəkar divadır. Onunla bir səhnəni bölüşmək böyük qürurdur".

News24.az xəbər verir ki, bu sözləri pop kral Filipp Kirkorov Xalq artisti Aygün Kazımova haqda mətbuat konfransında söyləyib:
"Onunla duet oxumaqdan zövq alıram. Güman edirəm ki, ifa elədiyimiz mahnı axrıncı yox axarıncı olacaq. Düşünürəm ki, duetimiz çox təbii alınıb, ona görə də, sevilib. O ki, qaldı sevgili olub, olmamağımızı o barədə danışmaq istəmirəm, çünki şəxsi məsələdir. Uzun illər öncə müəyyən səbəblərə görə Bakıya gələ bilmirdim. Aygün Kazımova isə bilavasitə mənim Bakıda çıxış etməyim üçün təşəbbüs göstərən insanlardan olub. Bunu heç vaxt dana bilmərəm. Konsertdə Xalq artisti Aygün Kazımova ilə çıxışımız da olacaq. Biz bu dəfə xüsusi bir şouya hazırlaşmışıq. "Calma" ifasını səsləndirəcəyik. Həmçinin, “Azərbaycan” adlı mahnı ifa edəcəyik. Bu, kiminsə xoşuna gəlmək üçün edilməyəcək. Sadəcə mənə sevgi ilə yanaşanlar üçün bir təşəkkürdür”.

Sevda Bayramova