Murad Dadaşovdan GÖZLƏNİLMƏZ QƏRAR “Maşın” şounu bitirdim, tamaşaçılarla ayrılırıq

Murad Dadaşovdan GÖZLƏNİLMƏZ QƏRAR “Maşın” şounu bitirdim, tamaşaçılarla ayrılırıq
ŞOU-BİZNES

30 oktyabr 2019, 20:00

Mətn ölçüsü

“Öz tariximdə “Maşın” şounu bitirdim”.

News24.az xəbər verir ki, bu barədə şounun aparıcısı, Xalq artisti Murad Dadaşov jurnalistlərə açıqlamasında məlumat verib. O, bildirib ki, artıq “Maşın” şounun aparıcılığını etməyəcək:
“Bəli, artıq biz maşının açarlarını təqdim edirik. Bu gün “Maşın” realiti şounun “Maskarad” sürəti bitdi. 18-ci sürətlə bərabər, mən də özüm üçün öz tariximdə maşını bitirdim. Çünki hesab edirəm ki, biz layihənin ən pik nöqtəsində tamaşaçılarla uzun müddətlik ayrılırıq. 2020-ci ildə biz çox gözəl layihələrlə yenidən tamaşaçılarla olacağıq. “M Grup” prodakşın çox maraqlı layihələr düşünüb. Aparıcısı da mən olacağam. İstəmirəm ki, sadəcə “Maşın” şou ilə yadda qalım. Ona görə də özümü yeni layihələrdə də sınayacağam. Bizim yeni realiti şoumuz var. Qeyd edim ki, bu da çox maraqlı layihə olacaq. Eyni zamanda, əziyyəti də Maşın şoudan çoxdur”- deyə Xalq artisti bildirib.