AYB üzvü Cəlal Qurbanov dostu Aygün haqda: "Azərbaycançılığı təbliğ edən xalqın artisti"

AYB üzvü Cəlal Qurbanov dostu Aygün haqda:
ŞOU-BİZNES

01 noyabr 2019, 21:37

Mətn ölçüsü

"Yaxın dostum, hər zaman parlaq, hər zaman ilklərlə gündəmi ələ alan Aygün Kazımova! Sən Vətəninə övlad borcunu tək öz hisslərinlə deyil, hətta qonaqlara belə Azərbaycanı tanıtdırıb, sevdirməklə ölçürsən".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanov, Xalq artisti Aygün Kazımovanın rusiyalı ulduz Filipp Kirkorovla ərsəyə gətirdiyi "Can Azərbaycan" layihəsi haqda deyib.
C.Qurbanov sözlərinə belə davam edib: "Yeni duet ortağı Rusiya səhnəsinin ən parlaq siması Filipp Kirkorovla  birlikdə “Can, Azərbaycan” deyən dostum, azərbaycançılığı təbliğ edən, vətənpərvər, millətinə xidmət edən xalqın artisti, məhz sən bir daha göstərdin Vətəni necə sevmək lazımdır! Sən xalqımızın tərəzi olan gözündə çox böyüksən! Var ol! Komandana ayrı təşəkkür düşür. Bu cür masştablı layihələri həyata keçirtməkdə sənə dəstək olduqları üçün!"