"Nəsimi ilinə möhür vuran layihədir" -VİDEO

"Nəsimi ilinə möhür vuran layihədir" -VİDEO
ŞOU-BİZNES

01 noyabr 2019, 22:26

Mətn ölçüsü

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, bu il “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” ölkəmizdə geniş qeyd edilir. Həmçinin, 2019-cu il ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilib. 

News24.az xəbər verir ki, bu münasibətlə Əməkdar artist Xumar Qədimova "Neylərəm" əsərinin klip təqdimatını keçirib. Təqdimatda xalq şairləri, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak ediblər. Bildirilib ki, sözügedən əsər Nəsimi ilinə ən gözəl hədiyyədir. Əməkdar artist isə təəssüratlarını bizimlə bölüşüb: "Azərbaycanımızın istəyi ilə bu işi reallaşdırdım. Hər kəs böyük hörmət və ehtiramla əsərə yaxınlaşıb. Əslində layihəmiz artıq bir həftədir ki, təqdim olunub və onu yenidən nümayiş etdirməyə ehtiyac yox idi, amma bu ideyanı həyata keçirməyi mənə Əflatun Amaşov təklif etdi. Mən də sevə-sevə razılaşdım. Əsərim özü-özünü təqdim etdi. Mən Xumar olaraq bir çoxlarından oxumuşam, amma mütləq Nəsimiyə müraciət etməliydim və nə yaxşı ki, bu işi gördüm. Sizi sevən Nəsimi qadın buradadır. Reaksiyalar çox gözəldir. Bu layihəyə başlayanda istəyim ancaq yaratmaq idi. Müğənni oxudu yox, bəstəkar, müğənni yaradıb. İllərlə Nəsimidən oxumağı düşünürdüm elə 650 illik mənə bir növ təkan verdi. Bu əsərə xüsusi yer ayırıb, can qoydum. Nəsimi ilinə möhürünü vuran "Neylərəm" oldu. Nəsimini hiss etmək, sözlərinə düzgün yanaşmaq lazımdır. Burada sözlə musiqinin vəhdəti var. Nəsiminin bir çox qəzəllərini sevirəm, amma "Neylərəm"in yeri tamamilə ayrıdır".

Qeyd edək ki, əsərin musiqisi Əməkdar artist Xumar Qədimovaya, aranjımanı Əvəz Muradova aiddir. Rejissor Elmir Süleymanovun ərsəyə gətirdiyi klipdə aktyor Səfa Mehdi rol alıb.

Sevda Bayramova

YouTube