Gizli ailə quran Zamiq ATA OLDU

Gizli ailə quran Zamiq ATA OLDU
ŞOU-BİZNES

02 noyabr 2019, 12:06

Mətn ölçüsü

“Mənə tez-tez ailəmlə, şəxsi həyatımla bağlı suallar ünvanlanır. Mediada olan bütün dostlarım bilir ki, özəl həyatımla bağlı danışmağı sevmirəm. Bu, təkcə özümə aid deyil, eyni zamanda, valideynlərim, yaxınlarım və qohumlara da aiddir. Bir müddətdir ki, ata olub-olmamağım həm saytlarda, həm də sosial şəbəkələrdə müzakirə olunur. Əzizlərim, ümid edirəm ki, məni başa düşərsiz ki, şəxsi həyatımı gizlətmək, bu barədə danışmamaq kimi bir haqqım var. Bu mənim xarakterimdən irəli gələn bir məsələdir".

News24.az
xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov deyib. O, bir müddət əvvəl ailə həyatı qurduğunu etiraf edib: "Bəli, bu gün isə etiraf edirəm. Mən rəsmi şəkildə bir müddət əvvəl ailə qurmuşam. Bu nikahdan bir aya yaxındır ki, oğlum Zeyn dünyaya gəlib.  

Bilirəm, bu xəbərə sevinənlər çoxdur, amma mən yalnız yaradıcılığımla müzakirə olunmağı sevdiyim üçün, sizdən ata olmağım və ailəmlə bağlı mövzularda həssas davranmağınızı xahiş edirəm”.