"Bilmirdi ki, yanındakı kişi uşaqlarımın atasıdır"- Aynur Dadaşova SİRRLƏRİ AÇDI
    • 4-11-2019, 13:25
    • 2 093

"Bilmirdi ki, yanındakı kişi uşaqlarımın atasıdır"- Aynur Dadaşova SİRRLƏRİ AÇDI

Xəzər Televiziyasında yayımlanan "Ay Zaur" verilişinin növbəti buraxılışında gözlənilməz açıqlamalar səsləndirilib. 

News24.az xəbər verir ki, proqramda qonaq qismində iştirak edən müğənni Aynur Dadaşova həyat yoldaşından ayrılma səbəbini açıqlayıb:

"Ayrılığımıza səbəb xəyanət oldu. Dəfələrlə bağışladım. Amma sonda yoruldum. İki ildir ayrılmışam. Bağışlaya bilmədim. Sonuncu xəyanətinİ biləndə əllərim qıc oldu. Həkim demişdi mən bir də belə hal keçirsəm ölə bilərəm. Əllərim qırc olmuşdu. Özüm qazanıb uşaqlarımı saxlayıram. Ataları ilə görüşürlər. Bir gün işıqforda durmuşdum, gördüm ki, qonşu maşının içində uşaqlarımın atası bir xanımladır. Qadın da dirəşib deyir: "Bax, Aynur Dadaşovadır" heç bilmirdi ki, yanındaki uşaqlarımın atasıdır. Onlar mənə, mən də onlara baxırdım. Yolumu dəyişdim".

Sevda Bayramova