Xanəndənin övlad acısı
    • 6-11-2019, 21:52
    • 1 624

Xanəndənin övlad acısı "Yaş yarımlıq oğlan övladım həkimin səhvi ucbatından öldü"

“Səhnədə 10 “Leylim” var, həyatda isə bir “Leylim” var. 33 ildir yol gəlirik. Hər zaman ona sadiqəm. Dörd övladımız, üç nəvəmiz var”.

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “Şou ATV” proqramında deyib.

O, ailəsindən söz açıb və 1,5 yaşlı oğlunun vəfatı ilə bağlı etiraf edib:

“Bir çox xüsusiyyətlərim atama oxşayıb. Hətta atam mənə atamız deyirdi. Çünki atasının adını mənə qoymuşdu. Şükür edirəm ki, atam xoş günlərimi görüb. Atam və anam xəstə yatmadan vəfat etdilər. Atam 78, anam isə 71 yaşında dünyasını dəyişdi. Yaş yarımlıq oğlan övladımı itirmişəm. Üç qızımdan sonra bir oğlum olmuşdu, həkimin səhvi ucbatından rəhmətə getdi. Övlad itkisi valideyn üçün ağırdır. Düşündüm ki, Allah belə məsləhət bilib. Əlbəttə ki, ağrı çəkirsən, amma üsyan eləmək olmaz. Həmin övlad itkisindən bir neçə il sonra mənim bir oğlum da oldu. İndi onun 15 yaşı var”.