"Get meyxananı de..." - SƏRXANDAN AQŞİNƏ ULTİMATUM

"Get meyxananı de..." - SƏRXANDAN AQŞİNƏ ULTİMATUM
ŞOU-BİZNES

15 noyabr 2019, 14:25

Mətn ölçüsü

"Siz bu meyxanaya gəlmisiniz kişilik, qeyrət gətirməyə?"

News24.az bildirir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu "Xəzər" Televiziyasında yayımlanan "Hər şey daxil" verilişində söyləyib: "Oğlanlar var... Sən qayıdıb deyirsən ki, burada "Əxlaqsız qadınları çıxmaq şərti ilə, əxlaqı olan xanımlar anamız-bacımızdır". Yaxşı, insanın evində, ailəsində hansısa... İraq-iraq bizdən e, hansısa xanımın ola bilsin ki, əxlaqında problem var, amma onun 2-3 övladı var, onun qardaşı var. Bəs, o, gedir sənin ananı, mənim, bizim ana-bacımızı orduda müdafiə edir. Bəs biz niyə onda onların müdafiəsi altında yaşayırıq? Olmaz belə şeylər. Sən düşünmürsən ki, "əxlaqsız" dediyin xanımın övladı bu dəqiqə əsgərlikdə ola bilər? O, anasının haqqında nəyisə eşidə bilər, intihar edə bilər. Siz nəyi reklam edirsiniz? Çıx mahnını oxu da, get meyxananı de".

Sevda Bayramova