Keçmiş maqazinçi efirə qayıdır – “Xəzər” TV-də kadr dəyişikliyi - FOTOLAR

Keçmiş maqazinçi efirə qayıdır – “Xəzər” TV-də kadr dəyişikliyi - FOTOLAR
ŞOU-BİZNES / SİYASƏT

28 avqust 2018, 14:10

Mətn ölçüsü

“Xəzər” TV-də növbəti kadr dəyişikli baş verib.

News24.az xəbər verir ki, bir neçə ildir “Xəzər maqazin” adı ilə yayımlanan verilişin redaktor və aparıcısı olaraq Zümrüd Bədəlova təyin olunub.

Televiziya sahəsindəki aparıcılığına uzun zamandır ara verən, “Ailəcanlı” serialında “Sevgi” obrazı ilə özünü aktrisa kimi sınayan Z.Bədəlova verilişin adının dəyişildiyini də açıqlayıb:

“Proqramın adını ona görə “X maqazin” qoyduq. “X” həm eksklüziv, həm Xəzər həm də eks maqazinçi olduğum deməkdir. İnşallah yeniliklərlə gəlirik. Standart maqazin verilişi olmayacaq. Dünyada, gündəmdə və “Xəzər” TV-nin daxilində baş verənlər haqda materiallarımız  yayımlanacaq. Adətən maqazin verilişlərində aparıcı studiyada tək olur. Bizdə isə müzakirə etmək üçün jurnalist, müğənni və başqa tanınmış simalar dəvət olunacaq”.

Z.Bədəlova aparıcılığın məsuliyyətindən də danışıb:

“Bu təklifi gözləmirdim. Amma tam ürəyimcə oldu. Heç düşünmədən razılıq verdim. Aparıcılıq üçün çox darıxmışdım. Əslində tədbirləri idarə edəndə bir az da olsa təskinlik tapırdım, amma efir başqadır. Çox məsuliyyətlidir. Çünki sənin ixtiyarına böyük komanda verilir və onları işlətmək, tələb etmək lazımdır”.

Özünə və qızına ard-arda ad günü keçirən Zümrüd Bədəlova dostlarının ondan incidiyini bildirib:

“Yay ərzində cəmi 1 həftə istirahət edə bildim. Azərbaycandan kənara çəxmamışam. Sadəcə Qubaya yollandıq.

Daha sonra özümə və qızıma ad günü etdim. Onun yorğunluğu hələ də üstümdədir. Hətta doğum günü etməyim bir çox insanlarla münasibətimi pozdu. Çağırmadığım insanlar var idi məndən küsdülər. Sözün düzü utandım dəvət etməyə”.

Teymur Məmmədov
FOTO: Nurlan Gülməmmədov