Müşviq Abbasova HƏDƏ QORXU GƏLİRLƏR - FOTO

Müşviq Abbasova HƏDƏ QORXU GƏLİRLƏR - FOTO
ŞOU-BİZNES

20 noyabr 2019, 11:24

Mətn ölçüsü

"Allah hamımızı mərdiməzardan, ev yıxandan, qorusun! Mənim heç kimə "dələduz" demək hüququm yoxdur, bunu fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun xalası Həsənova Mehriban Hüseyn qızının iddiasından sonra Apellyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir".

News24.az xəbər verir ki, bu sözləri "Bu şəhərdə"  teatrının ssenari müəllifi və baş prodüsseri Müşviq Abbasov "Instagram" hesabında yazıb. O, bir neçə ay öncə evinin əlindən saxta yolla alınması barədə məlumatlar paylaşıb. Müşfiq məhkəməyə müraciət etsə də, məsələnin çözülmədiyini bildirib: "Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan üç il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib. Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak Komitəsi ona əsasən mənə çıxarış verib. İndi altı ildən sonra hakim deyir ki, evi qaytar".

M.Abbasov paylaşımında ona hədə-qorxu gəlindiyini vurğulayıb.

Sevda Bayramova