Nazpəri Dostəliyeva stomatoloqla... - FOTOLAR - VİDEO
    • 22-11-2019, 16:25
    • 987

Nazpəri Dostəliyeva stomatoloqla... - FOTOLAR - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva mətbuat nümayəndələri ilə görüşüb. Buna səbəb isə Dostəliyevanın yeni klipidir.

News24.az xəbər verir ki, Xalq artisti "Dözmədim sənsizliyə" adlı klipini dinləyicilərinin ixtıyarına verib. Sözügedən musiqinin bəstəsi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə, sözləri isə Xalq artistinin tərəfmüqabili, stomatoloq Eltəkin Səfərəliyevə məxsusdur. Ekran əsərinin rejissoru Şəhanə Ayazqızıdır.

Duet haqda danışan Xalq artisti bildirib ki, hər zaman təqdimatlarında medianı təəccübləndirməyi sevir: "İndi də sizi duet ortağımla təəccübləndirdim. Tez-tez təqdimat etmirəm. Sənətlə səhnəyə gələnləri pafoslu çıxışlar maraqlandırmır. Eşidəndə gördüm ki, duet tələb olunur. Duet ortaqlığını da söz müəllifinin özünə təqdim etdim. Klipin rejissoru mənim pərəstişkarım, tez-tez küsüb, barışdığım, dəlim Şəhanədir. Mahnı oxumaq asan deyil. Bu mahnıda nə ərəb, nə türk, nə hind notları var. Sırf Azərbaycan musiqisidir. Bu gün konfransı elə restoranda edər, elə adamlar otuzdurardım ki... Elə səs-küy yaradardım ki, hamının gözü açıq qalardı".

Təqdimatda iştirak edən Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli duetlə bağlı fikirlərini bu cür şərh etdi: “Sözlərə mahnı bəstələyəndə Eltəkinə söylədim ki, elə istərdim ki, Nazpəri razılıq versin bu duetə. Nazpəri xanım ürəyimi oxudu, söylədiki sevə-sevə ifa edərəm. Çalışdım ki, yazdığım bu əsərlər vasitəsi ilə yaddan çıxmış estrada musiqisini yenidən gündəmə gətirim. Çünki efirləri başqa musiqilər ələ alıb".

Daha sonra media nümayəndələri və təqdimata yığışan qonaqlar klipi birlikdə seyr ediblər.

Sevda Bayramova