"Açıq-saçıq səhnələr reytinq qazandırmır" - TÜRKİYƏLİ AKTRİSA YELİZ KUVANCI
    • 26-11-2019, 11:27
    • 1 597

"Açıq-saçıq səhnələr reytinq qazandırmır" - TÜRKİYƏLİ AKTRİSA YELİZ KUVANCI

"Hələ ki ancaq Bakının mərkəzini gəzə bildim. Amma sabah daha geniş şəhər turuna çıxacağıq. Milli mətbəxiniz, bizim yeməklərimizlə bir-birinə çox oxşayır, amma yenə də yediyim hər bir təam çox dadlıydı".

Bu sözləri türkiyəli aktrisa Yeliz Kuvancı News24.az-a açıqlamasında deyib. O, Bakıda gördüyü reaksiyadan danışıb: "Bizim seriallarımız burda da yayımlandığından təbii ki, tanınırıq. Bu isə çox gözəl hissdir. Bu gün bir taksi sürücüsü məni görüb, şoka düşdü, inana bilmədi ki, mənəm. Çox sevinib şəkil çəkdirdi. Ümumiyyətlə, insanlarınız çox istiqanlı, mehriban və səmimidirlər. Çox istəyərdim ki, burada Türkiyə ilə Azərbaycan arasında mədəni körpü yaradacaq bir layihə olsun, mən də orda iştirak edim. Rahat bir ay qalaram burda". 

Aktrisa bildirib ki, hazırda ürəyincə olacağı bir film layihəsi yoxdur: "Hələ ki, ancaq danışıqlar gedir. Təkliflərə açığam. Mən komediyanı çox sevirəm, amma hər şey ssenaridən aslıdır".

Y. Kuvancı ekran əsərlərində yer alan açıq-saçıq səhnələrdən söz açıb: "Hər şey baxdığımız rakursdan aslıdır. Düşünmürəm ki, açıq-saçıq səhnələr reytinq qazandırır. Sadəcə olaraq obrazına güvənib, haqqını verməlisən".

Sevda Bayramova