Məşhur ulduzların qatıldığı “Qış nağılı” Yeni il komediyasının Qala gecəsi - VİDEO
    • 26-11-2019, 16:39
    • 1 518

Məşhur ulduzların qatıldığı “Qış nağılı” Yeni il komediyasının Qala gecəsi - VİDEO

Qışın ilk günü - 1 dekabr 17:00-da Heydər Əliyev Sarayında ən təzə Yeni il filmi – “Qış nağılı”nın Qala gecəsi keçiriləcək.

News24.az xəbər verir ki, "Cinemazadeh" studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi "Qış nağılı" iki seriyadan ibarətdir. Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir. Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. Filmin ikinci rejissoru Vüsal Hacıqədir, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. "Qış nağılı"nda bir çox məşhur yer alıb. Filmdə baş rol ifaçısı demək olar ki, yoxdur.

Qeyd edək ki, film eyni oteldə baş verən bir neçə hekayədən ibarətdir: Bir neçə ildir yubanan nişanlarını Yeni il gecəsi keçirməyə qərar verən cütlük və onların hekayəsində Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev və Asya Abdullayeva rol alıb. Nişanda iştirak etmək üçün otelə gələn dostları Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndi və Dilarə Kazımova oynayır. Ailəsinə öz hesabına böyük otel otağı tutan imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanları Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı oynayır. Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov və Nofəl Şahmaroğlu canlandırır. Yeni il şousu üçün isə otelə Türkiyədən Halil Sezai və Müge Boz dəvət olunub. Otelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra və Vüsal Hacıqədir canlandırır.

Ekran işində nənə obrazını Zemfira Sadıqova, nəvə rolunu isə Dəniz Axundzadə oynayıb. İlkin Həsəni və Tural Əsədov kimi məşhurlar da filmdə rol alıb. Quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, bəstəkar, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.

Filmin əsas musiqilərini Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samir Əfəndi səsləndirib.

Biletləri İticket satış mərkəzlərindən ala bilərsiniz! Tələsin! Yerlər məhduddur!

Sevda Bayramova