"Əziz tamaşaçılarımızla halallaşıb..."

"Əziz tamaşaçılarımızla halallaşıb..."
ŞOU-BİZNES

28 noyabr 2019, 16:33

Mətn ölçüsü

Əməkdar artist Aybəniz Haşımova yeni solo konsertinə hazırlaşır.

News24.az bildirir ki, sənətçi bilet satışıyla bağlı sosial şəbəkədə paylaşım edib: "Doğrudan da insanı xoşbəxt etmək üçün bəzən bir söz belə yetər... Dünən gecə uşaqlar xəbər verdi ki, solo konsertimiz onlayn bilet satışında "Çox satılanlar" sırasına yüksəlib. Bilirsiniz nə qədər mənə xoş oldu? Bu, o deməkdir ki, sən hələ bizə lazımsan, ay Aybəniz Haşımova. Bunun mənəvi tərəfi dünyaya sığmaz. Açığı deyim ki, konsertin sonunda əziz tamaşaçılarımızla halallaşıb, birdəfəlik səhnədən gedəcəkdim. Ancaq yenidən çiynimə elə bir haqq qoydunuz ki, o yükü heç nə ilə qaldırmaq, atmaq mümkün deyil. Onsuz da illərdir məni səhnədə saxlayan, məlum hadisələrdən sonra səhnəyə gətirən sizin məhəbbətiniz oldu".

Sevda Bayramova