Həyat yoldaşı Müşfiqdən şübhələndi -
    • 3-12-2019, 18:37
    • 1 139

Həyat yoldaşı Müşfiqdən şübhələndi - "ZİBİLLƏRİN VAR..." - FOTO

"Bu il bir çox yaddaqalan hadisələr oldu. Elə onlardan ən gözəli oğlumun doğulmasıdır. Muradım dünyaya gələnə qədər Bakı-Xarkov yollarında qalmışdım. Bu ilin sonunda ailə həyatı qurmağımın iki ili tamam olacaq".

Bu sözləri aktyor Müşfiq Şahverdiyev News24.az-a açıqlamasında deyib. O, bildirib ki, həyat yoldaşının cəmi bir dəfə efirə çıxatmasına baxmayaraq, Şahverdiyev ailəsi izləyicilər tərəfindən çox sevilib: "Efirdə ailəmlə görünmək üçün mənə təkliflər gəlirdi, amma istəmirdim. Axırda məcbur olub bu addımı atdım. Çünki eyni sualı həyat yoldaşım da mənə verirdi. Deyirdi, “Niyə mənimlə efirə çıxmırsan? Yəqin, nəsə zibillərin var" ondan sonra məcbur qalıb ailəmlə efirə çıxdım".

Aktyor həyat yoldaşının çox qısqanc olduğunu söyləyib: "Artıq boğaza yığılmışam, (gülür) yoruldum ona hər şeyi başa salmaqdan. İzah edirəm ki, "Mən aktyoram, hansısa aktrisayla görünüb- görüşə bilərəm, bunu qəbul elə". Hələ ki, bunları çətin qəbul edir, amma güman edirəm, tədricən düzələcək".

M. Şahverdiyev 2020-ci il üçün nəzərdə tutulan planlarından da danışıb: "Fevral ayında oğlumun kiçik toyunu edəcəm. Ola bilsin ki, məclis Xarkovda olsun. Elə ona görə də hər birinizi Xarkova dəvət edirəm. (gülür) Daha sonra isə yay aylarında "My name is İntiqam 3" filmini çəkməyi düşünürəm".

Aktyor Xalq artistlərinin onun və həmkarlarının ünvanına söylədikləri tənqidlərə də reaksiya verib: "Mən hər zaman susuram, heç kimə cavab vermirəm. Çünki onlar bizdən həm sənət, həm də yaş baxımından böyükdülər, sənətkardırlar. Məsələn, Xalq artisti Afaq Bəşirqızı. O xanımı çox sevirəm, hörmət edirəm. Harda görürəmsə, əlini öpürəm. Biz peşəkarlardan bəhrələnirik. Tənqid etsələr belə, cavab verə bilmərəm. Çünki cavab versəm, xalq tərəfindən qınanılacam, təhqir olunacam. Ona görə də istəmirəm. Yalnız onlara bunu deyirəm ki, “siz məni sevsəniz də, sevməsəniz də, mən o zirvəyə gələcəm”. Düzdür, Fərda ilə Elməddin hər tənqidə cavab verirlər. Bu haqda da heç nə deyə bilmərəm. Özləri bilərlər".

Müşfiq Şahverdiyev Xalq artisti Afaq Bəşirqızını mədəniyyət naziri kürsüsündə görmək istədiyini etiraf edib: "Afaq xanım mədəniyyət xadimləri arasında yeganə insanlardandır ki, öz sözünü deməyi bacarır, haqqı itirmir. Şəxsən mən Afaq xanımın oğlu, yaxını kimi ona dəstəyəm. O millət vəkili, yaxud mədəniyyət naziri seçilsə, həmin gün bayram edəcəm".

Sevda Bayramova