Haluk Levent
    • 7-12-2019, 18:13
    • 899

Haluk Levent "Məqsədim Türkiyə və Azərbaycan xalqları arasında qardaşlığı daha da möhkəmləndirməkdir"

Məqsədim Türkiyə və Azərbaycan xalqları arasında qardaşlığı daha da möhkəmləndirmək, daha çox birgə olmaqdır. Kim bizə müraciət edirsə, çalışırıq, onun problemlərinə yardımçı olaq.
News24.az xəbər verir ki, Türkiyənin məşhur rok ifaçısı, bəstəkar və xeyriyyəçi Halük Levent jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bu gün verəcəyi konsert barəsində danışarkən deyib.
Konsertin təşkilatçılarından olan “Nargis” Fonduna təşəkkürünü bildirən müğənni Bakıda artıq üçüncü dəfə olduğunu və konsertin xeyriyyə məqsədi daşıdığını söyləyib.
Qeyd edib ki, bu yaxınlarda Azərbaycan Respublikasının vətəndaşı, iki övlad anası Sura Nadirovanın ailəsi rəhbəri olduğu fonda müraciət edib. İkinci körpəsini dünyaya gəlişinə hazırlaşan 22 yaşlı gənc xanımın analıq sevincini kədərə çevirən diaqnoz limfoma xərçəngi olub. Şəfa tapmaq ümidi ilə o, ailəsi ilə birgə Türkiyəyə yola düşüb. Ancaq ailənin məhdud maddi imkanları və müalicə üçün tələb olunan böyük məbləğ yaşam mübarizəsini mümkünsüz edir.
Bildirilib ki, biletlərin satışından əldə olunan bütün gəlir limfoma xərçəngindən əziyyət çəkən Sura Nadirovanın müalicə xərclərinin qarşılanmasına yönəldiləcək.
Daha sonra müğənni jurnalistlərin suallarını cavablandırıb.
Konsert “iTicket.az”, “Nargis” Fondu, “A+A events” və “Elektra Events Hall” dəstəyi və ortaq təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, hal-hazırda gənc xanımın müalicəsi üçün tələb olunan məbləğ 400 min türk lirəsi təşkil edir (təqribən 117 000 AZN).