"Eurovision 2020" Azərbaycan namizədləri ilə bağlı RƏSMİ AÇIQLAMA

"Eurovision 2020" Azərbaycan namizədləri ilə bağlı RƏSMİ AÇIQLAMA
ŞOU-BİZNES

12 dekabr 2019, 14:35

Mətn ölçüsü

“Məlumatı yayan fan səhifədir. Onlar rəsmi məlumat yaymağa məsul deyil”.

Bu sözləri News24.az-a açıqlamasında İctimai Televiziyanın Musiqi departamentinin rəhbəri, aparıcı Leyla Quliyeva “Eurovision 2020” mahnı müsabiqəsində Azərbaycan namizədləri arasında Xalq artisti Emin Ağalarov, müğənnilər Bahh Tee, Jah Khalib və Rauf - Faik qardaşlarının adlarının hallanması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib: “Biz bu dəqiqə “Eurovision”la bağlı heç bir açıqlama vermirik. Bu, İctimai Televiziyanın daxili proseduru olduğuna görə, müraciət edənlərin adı, kimliyi, sayı barədə heç bir məlumat yayılmır. Yəqin ki, məlumatlar təsdiqlənəndə özümüz rəsmi şəkildə xəbər verəcəyik”.

Teymur Məmmədov