Xalq artisti görün hansı müğənnini MƏHKƏMƏYƏ VERİR - VİDEO

Xalq artisti görün hansı müğənnini MƏHKƏMƏYƏ VERİR - VİDEO
ŞOU-BİZNES / Video

16 dekabr 2019, 11:08

Mətn ölçüsü

ATV-də yayımlanan "Ən yaxşısı" verilişinin növbəti buraxılışı gözlənilməz açıqlamalarla yadda qalıb.

News24.az xəbər verir ki, proqramda qonaq olan Xalq artisti Flora Kərimova qalmaqal yaşadığı müğənni Afət Fərmanqızından danışıb. F. Kərimova qarşı tərəfi hətta məhkəməyə verir: "Peşiman olub dedim ki, Afət Nəsiminin qəzəlini belə oxumurlar. Ondan sonra Afət məni yıxıyıb sürüdü. Mən ona iki kəlmə söz deyib, mumladım. Ünvanıma day nələr dedi amma mən cavab vermədim. Sonra dedi ki, fikir verməyin, hürür-hürür, amma tuta bilmir. Mən də götürdüm onun bütün söyüşlərini bir kağıza toplayıb onu məhkəməyə verirəm. Ülviyyə Alovlunu məhkəməyə verib uddum. O da ağzına gələni danışırdı.  78 yaşım var və hər halda hansısa sözü deməyə ixtiyar qazanmışam. Afət mən sənə nə dedim? Filmdə bir şəklim var. O şəklə görə deyir ki, vannada lüt uzanmısan. Yalanı bir neçə dəfə deyəcək, insanlar da o yalana inanacaq. Afət, sən elə paltarda oturub "Dolya vorovskaya"nı oxumusan. Mənim ixtiyarım yoxdur ki, kiməsə irad bildirim?"

Sevda Bayramova

YouTube