"Yolçu kimi..." - Ruhəngiz Allahverdiyeva HƏMKARINA TƏPİNDİ

"Yolçu kimi..." - Ruhəngiz Allahverdiyeva HƏMKARINA TƏPİNDİ
ŞOU-BİZNES

17 dekabr 2019, 12:30

Mətn ölçüsü

Nahidə Orucovadan sonra daha bir Əməkdar artist dövlətdən mənzil istəyir. Bu dəfə "mənim də haqqımdır" deyən müğənni Ruhəngiz Allahverdiyevadır. Ev davası döyən sənətçi "Dövlətin bizə borcu yoxdur" deyib onun istəyinə qarşı çıxan həmkarı Elnarə Abdullayevanın bostanını daşlayıb. 

News24.az xəbər verir ki, Ruhəngiz Allahverdiyeva "Hər şey daxil" verilişində danışıarkən həmkarına belə ismarıc yollayıb: "Sənətinə, özünə hörmətim var. Amma o, fikirlərini çox pis ifadə etdi. Elə dedi ki, biz yolçu kimi göründük. Paltarlarım mənim sənət əsərimdir. Düzdür, dövlətin bizə borcu yoxdur. Amma mən müğənniyəm. 56 kvadratlıq evdə yaşayıram. Yaradıcı insanam, yatmalıyam, istirahət etməliyəm. Elnarə düz demədi. Bəli, bizim ehtiyacımız var. Hər şey göz qabağındadır. Lazımdırsa, qoy gəlib yoxlasınlar. Mən müğənni olmasaydım, heç buna ehtiyac duymazdım. Çünki yaratmalıyam. İndi deyəcəklər, bu yaşda nə yaratmalısan?! Oğlum da deyir ki, evlənmək istəyirəm. Heç kimlə dava etmirəm və qəlbinə də dəymək istəmirəm. Hər şeyi də mədəniyyət və qabiliyyətlə həll etmək lazımdır".

Sevda Bayramova