Elariz ABŞ-da dönərxana açdı - əti Bakıdan aparacaq
    • 17-12-2019, 20:54
    • 914

Elariz ABŞ-da dönərxana açdı - əti Bakıdan aparacaq

ARB TV-nin "Üçəlli” verilişinin növbəti qonağı müğənni İlqar Sahil olub.

News24.az xəbər verir ki, müğənni canlı efirdə veriliş formatı olaraq yumor məqsədi ilə hazırda Amerikada yaşayan Elariz Məmmədoğluna zəng edib və nəticədə maraqlı dialoq alınıb.

Elariz Məmmədoğlu Amerikadakı fəaliyyətindən söhbət açıb:

"2-3 aya Bakıya gələcəyəm. Dönərxana açmışam. Burada corat qutabı vermək üçün dəvə əti lazımdır. Ona görə də camaatı aldada bilmərəm. Amma türklərdən halal ət alırıq, dönər və şiş kabab satırıq. Yaxşıdır hər şey”.