Klassik musiqi bəstəkarından gözlənilməz ADDIM - BU DƏFƏ ... - FOTO - VİDEO
    • 19-12-2019, 13:52
    • 1 177

Klassik musiqi bəstəkarından gözlənilməz ADDIM - BU DƏFƏ ... - FOTO - VİDEO

Bəstəkar Ramilə Nağıyeva “Yalnış addım” bəstəsi və müğənni Nurlan Təhməzlinin sözlərinə bəstələnən “Duysun dünya” mahnısına çəkilən klipə təqdimat mərasimi keçirib.

News24.az xəbər verir ki, tədbirdə kliplərin rejissoru Rəhman Əliyev, müğənni Nurlan Təhməzli, bəstələrin aranjemançıları Əvəz Muradov, Elvin Musayev və başqa tanınmış simalar qatılıb.

Xanım bəstəkar yenilikləri haqda məlumat verib və bildirib ki, özünü ilk dəfədir ki, estrada janrında sınayır: “Bu gün bəstələdiyim musiqinin və Nurlan Təhməzlinin sözlərinə bəstələdiyim mahnının təqdimatıdır. Hər zaman klassik musiqilər bəstələmişəm. Bu dəfə isə estrada janrında özümü sınadım. Buna səbəb isə hazırda klassikanı dinləyənlərin sayı azdır. İnsanlar daha çox şən və estrada musiqiləri eşitmək istəyirlər, çünki tələb budur. Əgər məndə alınırsa, niyə də olmasın”.

Ramilə Nağıyeva ilk musiqi təhsilini ölkə xaricində aldığını açıqlayıb: “Uzun müddət Moskvada yaşamışam. On bir ildir ki, Azərbaycandayam. Musiqi məktəbini də elə Rusiyada bitirmişəm. Bakıya köçəndən sonra Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almışam”.

Bəstəkar gələcəkdə başqa müğənnilərlə də çalışmaq istədiyini bildirib: “Gələcəkdə işbirliyi qurmaq istədiyim müğənnilər var. Sadəcə adları indidən açıqlamaq istəmirəm. Planlarımız baş tutandan sonra açıqlayacağıq”.

Təqdimat zamanı media nümayəndələrinin suallarını cavablayan Ramilə Nağıyeva, şou-biznesdəki qalmaqallardan uzaq duracağını qeyd edib. O, həmçinin qalmaqalla gündəmə gəlməyin əleyhinə olduğunu da açıqlayıb.

FOTO/VİDEO: Fərid Şabanov