Günay məşhur mahnıya yeni nəfəs verdi - FOTO - VİDEO

Günay məşhur mahnıya yeni nəfəs verdi - FOTO - VİDEO
ŞOU-BİZNES

20 dekabr 2019, 10:51

Mətn ölçüsü

Müğənni Günay İbrahimli yeni ifasını təqdim edib. 

News24.az xəbər verir ki, ifaçı bu dəfə sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Şəfiqə Axundovaya aid olan “Nədən oldu” mahnısına fərqli tərzdə ifa edib. Mahnı G.İbrahimlinin rəsmi “YouTube” kanalında təqdim olunub. “Nədən oldu” üçün hazırlanan videoda ifaçının yeni fotosessiyasından istifadə edilib. 

Günay İbrahimli niyə məhz sözügedən mahnıya müraciət etməsinə aydınlıq gətirib:““Nədən oldu” ən sevdiyim mahnılardan biridir. İstədim ki, öz tərzimdə dinləyicilərimə çardırım, həm də repertuarıma əlavə edim. Mahnının aranjimanı Muxtar Abseynova aiddir. Mahnının video isə Türkiyədə hazırlanıb”.

İfaçı onu da qeyd edib ki, hazırda yeni mahnılar üzərində çalışır və tezliklə onları da dinləyicilərinin ixtiyarına verəcək. 

YouTube