"Rəhim gəldi, heç nə olmamış kimi..." - TARİX ƏLİYEV
    • 28-12-2019, 16:59
    • 1 502

"Rəhim gəldi, heç nə olmamış kimi..." - TARİX ƏLİYEV

Müğənni Rəhim Rəhimli ilə prodüser Tarix Əliyev barışıb. 

News24.az xəbər verir ki, Tolik bu barədə sosial şəbəkədə yazıb: "2 ilə yaxın idi ki, Rəhim Rəhimli ilə aramız soyuq idi. Amma bu gün məclisdə bir araya gəldik. Həmin məclisi də Elton Hüseynəliyev idarə edirdi. Rəhim də gəldi, heç nə olmamış kimi görüşüb söhbət elədik. Söhbət əsnasında öyrəndim ki, bu gün Rəhimin ad günüdür. Ürəyimdən onu təbrik etmək keçdi. hisslərimi sizə izah edə bilmirəm. Amma bircə onu deyə bilərəm ki, sənət üçün yaşayanları sənətdən küsdürməyin. Təbrik edirəm, ad günün mübarək".

Sevda Bayramova