Ayan lazımsız insanlar, qızının çirkinliyi, karikaturaya oxşatdığı həmkarları haqda - VİDEO - FOTOLAR

Ayan lazımsız insanlar, qızının çirkinliyi, karikaturaya oxşatdığı həmkarları haqda - VİDEO - FOTOLAR
ŞOU-BİZNES / MÜSAHİBƏ / Video

30 dekabr 2019, 12:49

Mətn ölçüsü

Artıq 2019-cu ilin son günlərini yaşayırıq. News24.az il ərzində ictimai-siyasi, sosial-mədəni sahədə, ümumiyyətlə cəmiyyəti narahat edən bir çox problemləri işıqlandırdı. Ölkəni əhatə edən bütün sahələr üzrə xəbərlər, müsahibələr, xüsusi reportajlar saytımızda yer aldı. Eləcə də şou-biznes sahəsində də bir sıra uğurlu layihələrlə yadda qaldıq. 

Bu gün isə News24.az Yeni il üçün hazırlanan xüsusi buraxılışını təqdim edir. Müğənni Ayan Babakişiyeva və qızı Selena ilə Bakının mərkəzi küçələrində gəzə-gəzə səmimi söhbət etdik, insanlarla görüşdük...

Davranışları, zarafatları ilə ətrafdakıların diqqətini çəkən Ayan Babakişiyeva çəkiliş zamanı bir çox məqamlara toxunub. İfaçı qızı Selena ilə bağlı etiraf edib. O bildirib ki, övladı 1 yaşına qədər çirkin olduğu üçün onu efirlərdən uzaq tutub. 

Müğənni həmçinin ətrafında lazımsız insanların çoxluğundan şikayət edərək, həddindən çox plastik əməliyyat etdirən məşhurları karikaturaya bənzədərək onlara söz atıb. 

2019-cu ilin şou-biznes sahəsində çəkilən sonuncu reportajı təqdim edirik:

Sevda Bayramova

YouTube